Transmissiya


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət qurumlarını və kritik infrastrukturları respublika ərazisi üzrə həm data, həm də internet şəbəkəsi ilə təmin etmək üçün AzStateNet infrastrukturunu qurmuşdur. Eyni zamanda SDH və DWDM avadanlıqaları vasitəsi ilə dövlət qurumları arasında rabitənin təşkili təmin edilmiş, bu avadanlıqlar vasitəsilə STM-16 və STM-64 səviyyəsində rabitə xidməti, o cümlədən gigabit portların və E1 bağlantıların verilməsi həyata keçirilmişdir. 

İP/MPLS texnologiyasına əsaslanmış şəbəkə avadanlıqları respublika daxili trafikləri daşımağa xidmət edir. Ethernet port xidmətləri, “full mesh” və “star” topologiyaları ilə respublika üzrə alternativlik təmin olunmaqla təşkil edilmişdir. Zəruri istiqamətlərdə şəbəkəyə data paketlərin şifrələnməsi üçün xüsusi kriptoqrafik texnologiyalar tətbiq edilmiş və son istifadəçilər təhlükəsiz transmissiya ilə təmin edilmişdir.