Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart 3851 nömrəli sərancamı ilə Azərbaycan Respublikasında informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən infrastruktur obyektlərinin informasiya sistemləri və ehtiyatlarının kiberhücumlardan qorunması, belə təhdidlərin qabaqlanması, qarşısının alınması və araşdırılması sahəsində fəaliyyət göstərən dövlət qurumlarının işinin əlaqələndirilməsini təmin etmək məqsədi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası yaradılmışdır. 

Komissiyanın işçi qruplarında aparılan müzakirələrin və informasiya mübadiləsinin intensiv aparılması üçün xüsusi "Məlumat Mübadilə Sistemi" platforması hazırlanmış və Komissiyanın işçi qruplarının istifadəsinə verilmişdir.

Hazırda Komissiyanın tərkibində fəaliyyət göstərən işçi qruplar və cəlb edilmiş müstəqil ekspertlər “Azərbaycan Respublikasının 2020-2025-ci illər üçün İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Milli Strategiyası” və müvafiq olaraq 5 illik "Tədbirlər Planı" layihəsini hazırlamış, təsdiq edilməsi üçün hökumətə təqdim etmişdir.