Yoluxmuş İP Xidməti


"Yoluxmuş İP" (infected İPs) bir çox informasiya təhlükəsizliyi tədqiqatı laboratoriyalarından toplanan və birləşdirilərək vahid yoluxmuş İP ünvanlar bazasına çevirdiyimiz robot axtarış sistemidir. Azərbaycan internet istifadəçiləri bu xidmətin köməkliyi ilə istifadələrindəki İP ünvanın yoluxmuş İP ünvanlar  siyahısında olub-olmamasını yoxlaya bilər. Sistem avtomatik olaraq vətəndaşın istifadə etdiyi İP ünvanı yoluxmuş İP bazası ilə müqayisə edir, axtarış robotu əgər yoluxma halı aşkar edərsə bu barədə istifadəçiyə yoluxmanın müəyyən edildiyi vaxtı (timestamp) göstərərək ona qorunma yolları barədə məlumat verir. Qeyd edək ki, baza yalnız Azərbaycan İP ünvanları üçün nəzərdə tutulduğundan xidmətdən yalnız Azərbaycan istifadəçiləri yararlana bilər.

İstifadə etdiyiniz İP ünvanın yoluxmuş İP ünvanlar bazasında yoxlamasını aparmaq üçün Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin veb səhifəsinə (https://cert.gov.az/az/infected-ip) keçid etməyiniz kifayət edir.  Sistem özü avtomatik yoxlama aparaq sizə yoluxma barədə məlumat verəcək. 

Siz yuxarıda göstərilən səhifəyə keçid etdikdə, istifadə etdiyiniz İP ünvanın yoluxmuş İP ünvanlar bazasında aşkarlanmasından asılı olaraq aşağıdakı iki şəkildən birini görəcəksiniz.

Gli-Ospiti-che-voglio-e-che-vorrei.png