Yenilənmiş WWW.GOV.AZ elektron informasiya ehtiyatı istifadəyə verildi

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi www.gov.az elektron informasiya ehtiyatının yeni təkmilləşdirilmiş versiyasını istifadəyə verdi. Hazırda GOV.az zonası üzrə domen axtarışlarının və informasiya təminatının daha da təkmilləşdirildiyi, yeni interfeys dizaynı ilə tərtib edilmiş vebresurs, həm də qurumların öz əlaqə vasitələrini və domen kataloqu üzrə yerləşmə yerini redaktə edə biləcəyi daha interaktiv platformaya çevrilmişdir.

https://www.gov.az/