“Hədəf” verilişində 44-günlük Vətən Müharibəsi dövründə kibertəhlükəsizlikdən danışıldı

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Azərbaycan Televiziyasının efirində “Hədəf” verilişininin 44-günlük Vətən Müharibəsi dövründə kibertəhlükəsizlik və ölkəmizdə ilk dəfə keçirilən “Global Defence Hackaton” mövzusuna həsr edilmiş buraxılışında informasiya təhlükəsizliyi məsələlərindən, müharibə dövründəki kiberhücumların dəf edilməsi və qabaqlanmasında istifadə olunan yeni ideyalar və innovativ metodların tətbiqi, kiberhücumların statistikası, eyni zamanda post müharibə dövründə diqqət edilməsi gərəkən məsələlərdən danışmışdır.