"İnformasiya Təhlükəsizliyi" jurnalı

ANA SƏHİFƏ "İnformasiya Təhlükəsizliyi" jurnalı

"İnformasiya Təhlükəsizliyi" jurnalı


Ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqan larının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qar şısının alınması, dövlət və qeyri-dövlət informasiya infrastruktur sub-yektlərində kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması ilə bağlı ciddi işlər aparılır.

Milli informasiya ehtiyatlarının qorunması, informasiya sahəsində milli maraqların müdafiəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən milli təhlükəsizlik siyasətinin istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Bu siyasətin uğurla həyata keçirilməsi və milli informasiya ehtiyatlarının mühafizəsi sisteminin davamlı inkişafının təmin edilməsi üçün səylərin səfər bər edilməsinə, informasiyanın mühafizəsi sahəsində fəaliyyətin əlaqə-ləndirilməsinə, maarifləndirmə işinin gücləndirilməsinə ehtiyac vardır.

“İnformasiya təhlükəsizliyi” jurnalı da informasiya təhlükəsizliyi sahə sində dövlət siyasətinin həyata keçirilməsi üzrə dövlət orqanlarının, elmi müəs-sisələrin, tədqiqat təşkilatlarının səylərinin səfərbər edilməsi, fəaliyyətinin əlaqələndirilməsi, maarifləndirmə işinin gücləndirilməsi məqsədi ilə yaradılır.

Jurnalda informasiya sahəsində milli maraqların bütün aspektləri üzrə məsələlərin, o cümlədən informasiya texnologiyalarının inkişafı, infor ma si ya-laşdırma, informasiyanın fiziki, texniki və kriptoqrafik mühafizəsi, habelə kadr təhlükəsizliyi məsələlərinin işıqlandırılması nəzərdə tutulur.

Hörmətli oxucular, sizi jurnalın buraxılışlarında yaxından və fəal iştirak etməyə dəvət edirik. Birgə səylərimizlə jurnalın informasiya təhlükəsizliyi sahəsində uğur qazanacağına, bəslənilən ümidləri doğruldacağına, informasiya təhlükəsizliyinin aktual problemlərinin müzakirə edildiyi bir məkana çevriləcəyinə inanırıq.

Jurnalın ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə redaksiya heyətinə daxil olan dövlət orqanlarının rəhbərlərinə təşəkkür edirik!